Fermin Lopes yayda "Barselona"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
London klubu 21 yaşlı hücuma meyilli yarımmüdafiəçini yayda heyətinə qatmağı planlaşdırır. "Çelsi" Fermin üçün 40 milyon avroluq təklif göndərəcək.
Gənc futbolçu ilə İspaniyadan "Atletiko" da yaxından maraqlanır.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi