"Medinanın "Qarabağ"la daha 2 il müqaviləsi var" - klubdan AÇIQLAMA

17:30 - 21 Aprel 2025

Son zamanlar mövsümün sonunda Kevin Medinanın "Qarabağ"dan ayrılacağına dair məlumatlar yayılmaqdadır. Buna səbəb müdafiəçinin müqaviləsinin sona çatması, yeni anlaşmaya imza atmaması göstərilir. 

Medinanın son 4 matçda ehtiyatda qalması şübhələri bir qədər də artırıb. Lakin "Neftçi" ilə oyundan sonra "Qarabağ"ın baş Qurban Qurbanov bu cür söhbətlərin reallığı əks etdirmədiyini, Kevinin "Qarabağ"la daha 2 illik müqaviləsi olduğunu deyib. 

Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Sportal.az saytına açıqlama verən "Qarabağ"ın sözçüsü Qurban Qurbanovun dediklərini təsdiqlədi:

"Bəli, Qurban müəllimin dediyi kimi, Medinanın "Qarabağ"la daha 2 il müqaviləsi var. Onun anlaşması bu mövsümün ilk yarısında artırılıb, müqaviləsi 2027-ci ilin yayında bitəcək". 

Xəbər xətti