Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, bugünkü məşqə zədəsini müalicə etdirən futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulub. Bu futbolçuların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi