"Çelsi"nin futbolçusu Andrey Santos karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" icarə əsasında "Strasbur"da çıxış edən braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Almaniya klubu Santos üçün onun müqavilə ilə məxsus olduğu "Çelsi" ilə danışıqlara başlayacaq. 20 yaşlı orta xətt oyunçusu ilə "Milan" da yaxından maraqlanır.
Qeyd edək ki, "Çelsi" Andrey Santosu 2023-cü ilin yayında "Vasko da Qama"dan transfer edib. Braziliya millisinin üzvü ötən ilin fevralında "Strasbur"a icarəyə verilib. Gənc futbolçu bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.
saytlarin hazirlanmasi