Bu gün Azərbaycan kubokunda finalın adı bəlli olub.
Sportal.az xəbər verir ki, ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri məhz bu gün keçirilib.
"Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" isə ilk oyunda uduzduğu "Sabah"la bu dəfə Masazırda üz-üzə gəlib. Qarşılaşma bərabərliklə yekunlaşıb.
Beləliklə "Qarabağ" və "Sabah" finala yüksəlib. Final matçı 31 may tarixində baş tutacaq.
Azərbaycan kuboku
Yarımfinal
23 aprel
17:00. "Qarabağ" - "Araz-Naxçıvan" 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77 (pen)
İlk oyun: 0:1
20:00. "Sabah" - "Neftçi" 1:1
Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
İlk oyun 2:1