Renat Dadaşov oynadı, "Radomyak" səfərdə heç-heçə etdi

18:20 - 21 Aprel 2025

Polşa çempionatında 29-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Puşa" ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Rahil Məmmədovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Renat isə oyunda iştirak edib. 26 yaşlı hücumçu 65-ci dəqiqədə meydana daxil olub.

29 turdan sonra 35 xal toplayan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti