"Trabzonspor" Avropada tarix yazır

18:21 - 25 Aprel 2025

"Trabzonspor"un U-19 komandası tarixi uğura imza atıb.

Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi UEFA Gənclər Liqasında finala yüksəlib.

Qara Dəniz təmsilçisi yarımfinalda Avstriyanın "Zalzburq" klubu ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan "Trabzonspor" nüfüzlu turnirin finalına adını yazdırıb.

"Trabzonspor" finalda "AZ Alkmar" - "Barselona" cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti