"Qalatasaray" məşhur qapıçı ilə danışıqlara başladı

15:28 - 26 Aprel 2025

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Fernando Musleraya əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Atletiko"nun qapıçısı Yan Oblakı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" artıq sloveniyalı qolkiperin meneceri ilə danışıqlara başlayıb. "Sarı-qırmızılar" 32 yaşlı "əlcək sahibi"nə müqavilə şərtlərini təklif edib.

Qeyd edək ki, "Atletiko" Yan Oblakı 2014-cü ilin yayında "Benfika"dan transfer edib. Sloveniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 42 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti