İngiltərənin top-5 divizionunda ardıcıl 3 dəfə liqa yüksəlişi edən komanda

23:25 - 26 Aprel 2025

Amerikalı aktyor Rayan Reynoldsun "Rekshem" komandası İngiltərə Çempionşipinə yüksəlib.

Sportal.az xəbər verir ki, turun sonuna bir tur qalmış, İngiltərənin üçüncü ən güclü divizionunda (1-ci Liqa) ikinci yeri təmin edib. Beləliklə, növbəti mövsümdə "Rekshem" Çempionşipdə çıxış edəcək.

"Rekshem" İngiltərə futbolunun beş ən yüksək divizionu tarixində ardıcıl üç dəfə liqa yüksəlişi edən ilk komanda olub:

— 2022/23 mövsümündə 2-ci Liqaya (İngiltərənin dördüncü ən güclü divizionu) yüksəliş,

— 2023/24 mövsümündə 1-ci Liqaya yüksəliş,

— 2024/25 mövsümündə Çempionşipə çıxış.

Xəbər xətti