"Qarabağ" 12-ci dəfə ölkə çempionu oldu - YENİLƏNİB

21:55 - 27 Aprel 2025

Bu gün Misli Premyer Liqasının qalibinin adı bəlli olub.

Sportal.az xəbər verir ki, 32-ci turda "Sabah"la 1:1 oynayan "Qarabağ" çempionluğunu rəsmiləşdirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xalların sayını 77-yə çatdırıb və əlçatmaz olub. 

Daha bir matç isə "Səbail" və "Araz-Naxçıvan" arasında keçirilib. Bu görüşdə bərabərlik qeydə alınıb.

"Səbail" - "Araz-Naxçıvan" 1:1
Qollar
: Nikoliç 75 - Ülvi İsgəndərov 30 
"ASCO Arena" stadionu, Bakı
Baş hakim:Rəşad Əhmədov.

"Sabah" - "Qarabağ" 1:1 
Qollar:
Letiç 73 - Cica 43(p) 
"Bank Respublika Arena" stadionu, Masazır
Baş hakim:Tural Qurbanov.

Xəbər xətti