“Beşiktaş” heyətini gücləndirməyi planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Başakşəhər”in hücumçusu Kristof Pionteklə maraqlanır. “Beşiktaş” 29 yaşlı futbolçu üçün indidən danışıqlara başlayıb.
Polşa millisinin hücumçusu 2026-cı il iyunun 30-na qədər “Başakşəhər”ə məxsusdur.
O, 2023-cü il iyulun 18-dən həmin klubda çıxış edir. Polyak “Zaqlembe”, “Krakoviya”, “Cenoa”, “Milan”, “Herta”, “Fiorentina”, “Salernitana” klublarında da oynayıb.