"Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin etdi

18:58 - 25 Aprel 2025

1-ci Liqada 23-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra Premyer Liqaya vəsiqə qazanan daha iki komanda məlum olub. "Qəbələ"dən sonra "İmişli" və "Karvan" da mövsümü ilk 3-lükdə başa vurmağı təmin edib.

2-ci pillədə qərarlaşan "İmişli" səfərdə "Zaqatala"ya qalib gəlib. 3-cü yerdə olan "Karvan" isə doğma meydanda "Cəbrayıl"dan üstün olub. "İmişli" mövsümün bitməsinə 4 tur qalmış 4-cü sıradakı "Zaqatala"nı 16, "Karvan" isə 15 xal qabaqlayır.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək.

Xəbər xətti