"Barselona" İspaniya Kubokunun finalında "Real"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Alexandro Balde, yarımmüdafiəçilər Mark Kasado, Mark Bernal və hücumcu Robert Levandovski "El-Klasiko"da iştirak etməyəcək. Futbolçuların hər biri zədəlidir.
Uzun müddətdir zədəli olan alman qapıçı Mark Andre ter Ştegen isə sağalıb və onun adı matçın iştirak ərizəsinə daxil ediləcək.
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması 26 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
saytlarin hazirlanmasi