"Biz bununla zarafat edirdik" -Lamin Yamal

01:03 - 3 Sentyabr 2025

“Barselona”nın hücumçusu Lamin Yamal Kataloniya klubunun yarımmüdafiəçisi Fermin Lopezə qarşı “Çelsi”nin marağı barədə şərh verib.

Sportal.az xəbər verir ki, TVE-yə açıqlamasında Yamal bunları qeyd edib:

“Biz Ferminlə İngiltərəyə köçmək barədə zarafat edirdik. O, “Barselona”da xoşbəxtdir. Heç kim getmək istəmir. Biz ondan təklif barədə soruşduq, amma o dedi ki, getməyi planlaşdırmır".

Qeyd edək ki, 2024/25 mövsümündə Lopez 46 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xəbər xətti