İstanbul derbisinin hakimləri açıqlandı

14:14 - 27 Noyabr 2025

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.

Qeyd edək ki, 1 dekabr tarixində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti