"Qarabağ"ın oyununun biletləri satışa çıxır

14:52 - 27 Noyabr 2025

"Qarabağ"ın Misli Premyer Liqasının XIII turu çərçivəsində "Karvan-Yevlax" ilə keçirəcəyi oyunun biletləri satışa çıxır.

Sportal.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Satış məntəqələri:

iTicket.az-da onlayn satış;

Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.


Xəbər xətti