"Qalatasaray" braziliyalı müdafiəçiyə "elçi düşdü"

15:34 - 27 Noyabr 2025

"Zenit"in müdafiəçisi Nino karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Ninonu yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 28 yaşlı mərkəz müdafiəçisi üçün Rusiya klubuna 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Nino bu mövsüm "Zenit"in heyətində meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi ilə yadda qalıb. Onun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti