Roberto Karlos 2000-ci illərin əvvəlində “Real”ın ən yaxşı futbolçusunu açıqlayıb.
Sportal.az xəbər verir ki, “Real”ın sabiq müdafiəçisi Con Obi Mikelə müsahibəsində maraqlı açıqlamalar verib:
"Bekhem "qalaktikos" arasında ən yaxşısı idi. Əlbəttə ki, Bekhem. Zidan ən üst səviyyəli futbolçu idi, ən yaxşı idi, amma Bekhem mənim yaxın dostum, örnək aldığım biri idi, məşqlərdə də, oyunlarda da ən yaxşısı olurdu, daim qaçırdı, inanılmaz ötürmələr verirdi. O, bütün gücünü ortaya qoyurdu.
İnsanlar Ronaldo, Zidan, Raul, Fiqo, Morientes, Miçel Salqado haqqında nə deyirlər-desinlər, “qalaktikos”un dörd ili ərzində ən stabil futbolçu Bekhem idi, ən yaxşısı o idi.
Zidan top-futbolçu idi və həmişə zirvədə qalırdı, amma Bekhem komanda üçün işləyirdi. Həm hücum edir, həm müdafiə olunurdu, ötürmələr verirdi, komandanın ehtiyacı olan hər şeyi edirdi. Azarkeşlərin görmədiyi, amma komanda daxilində hamımızın gördüyü işləri görürdü. O, xüsusi futbolçu idi.
O, fanatlar üçün yox, komanda üçün oynayırdı. Bekhem ilə başqaları arasındakı fərq də məhz bundadır".
saytlarin hazirlanmasi
