Azərbaycanlı forvard Orxan Əliyev yeni ilə də Qırğızıstanda başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı hücumçuya bir çox klublar maraq göstərib, təklif göndərsə də, Əliyev Qırğızıstanda qalmağa üstünlük verib.
Belə ki, U-21 yığmamızın sabiq üzvü “Ozgon”la razılaşıb.
O, böyük ehtimalla həmin klubla daha 1 illik müqavilə imzalayacaq.
Orxan karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Sioni”, “Araz-Naxçıvan”, “Turan Tovuz” klublarında oynayıb.
saytlarin hazirlanmasi
