Bir neçə gün əvvəl şəxsi münaqişə zəmnində bıçaqlanan Veysəl Rzayevin atasının açıqlaması gündəm olub. Mehman Rzayev deyib ki, oğlunu vuran adam ortada yoxdur.
Sportal.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qurumun mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, şübhəli şəxs tutulub:
"2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmiş şəxsin kimliyi müəyyənləşib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır".
saytlarin hazirlanmasi
