Arda üçün mövsüm erkən başa çatdı

00:00 - 30 Noyabr -0001

"Real"ın futbolçusu Arda Güler sıradan çıxıb.

Sportal.az xəbər verir ki, Arda Güler sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyəli hücumameyilli yarımmüdafiəçi ayaq əzələsindən zədə alıb. 21 yaşlı oyunçu mövsümün qalan matçlarında meydana çıxa bilməyəcək.

Türkiyə millisinin üzvü yayda keçiriləcək dünya çempionatına qədər zədəsini sağaldacaq.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti