Komanda sabah yola düşür
Xəzər Lənkəran” sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Makkabi” (Hayfa) ilə qarşılaşacaq komanda vacib görüşə hazırlığını təmin etmək məqsədilə İsrailə uçuşun sabah həyata keçirilməsi planlaşdırılır.
14 iyul tarixində Bakı vaxtı ilə saat 19:00-da Bakı-Təl Əviv reysi ilə yola düşəcək “Xəzər Lənkəran” yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olacaq. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq “Dan Panorama” otelində məskunlaşacaq.
Qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır.
saytlarin hazirlanmasi