Nildonun zədəsi sağalmayıb
Avropa Liqasının ikinci təsnifast mıərhələsinin ilk oyunları çərçivəsində səfərdə İsrail "Makkabi"si ilə qarşılaşacaq "Xəzər Lənkəran" günyarımlıq istirahətini başa vuraraq, bu gün Tofiq Bəhrəmov adına Respublika stadionunda bir araya gəlib.
Sportal.az xəbər verir ki, saat 10:00-da məşqə çıxan "ağ-yaşıllar" 2 saatlıq məşqin ardından otelə yollanıblar. Məşq zamanı Toşakın futbolçulara qarşı daha çox tələbkar olması diqqətdən qaçmadı.
"Modern" otelində məskunlaşan Cənub klubu axşama yaxın Bakını tərk edərək, İsrailə yollanması gözlənilir.
Bu arada Uğur Pamuk məşqi sona kiimi davam etdirə bilməyib. "Sumqayıt"dan trasnfer olunan gənc futbolçu əməkdaşımızla söhbətində ürəyinin bulandığını bildirib və özünü pis hiss etdiyinə görə, Toşakdan icazə alıb.
Junior Nildonun isə axsaması diqqətdən yayınmırdı. "Xəzər Lənkəran"ın AZAL-dan transfer etdiyi hücumçu Malta "Slima"sı ilə səfərdə aldığı zədə görünür hələ də, sağalmayıb.
saytlarin hazirlanmasi