"Makkabi"nin baş məşqçisi: "Cütün taleyini ilk oyunda həll etməliyik"

16:53 - 15 İyul 2013

İsrail təmsilçisinin çalışdırıcısı "Xəzər Lənkəran" oyunundan danışdı
 
“Xəzər Lənkəran” varlı klubdu. Bu, bizə məlumdu. Komandanın heyətində çoxlu legionerlər çıxış edir. Əlbəttə, ətraflı məlumat toplamamışıq. Amma futbolçularım bu komanda ilə ilk oyunun nə qədər vacib olduğunu çox yaxşı bilirlər”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Avroliqanın II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olan İsrailin "Makkabi" klubunun baş məşqçisi Erik Benado deyib. Təcürbəli mütəxəssis doğma azarkeşlər önündə yalnız qələbə qazanmaq istədiklərini bildirib:
 
“Evdə bizi ancaq qələbə qane edəcək. Bizə artıq əsəb lazım deyil. “Makkabi” istənilən gedişata hazırdı. Amma qol buraxmadan qələbə qazanmağımız daha yaxşı olardı”.
 
Hayfa təmsilçisinin çalışdırıcısı Lənkəranda havanın həddən artıq isti olduğunu deyərək, "ağ-yaşıllar"ın büdcəsi haqda danışmaq istməyəbi:
 
“Problem istənilən halda olacaq. Ən çox da isti havaya görə. Çünki Lənkəranda həddən artıq isti olur. Buna görə hesab edirəm ki, çox şeyə elə Hayfadakı ilk oyunda aydınlıq gətirməliyik. Hər şeyə ilk oyunda aydınlıq gətirmək çətindi. “Xəzər Lənkəran” İsrailə böyük hesabla uduzmaq üçün gəlmir. Həm də Con Toşak təcrübəli mütəxəssisdi. Onun əlində həmişə hansısa gizli kartı var".

Xəbər xətti