Arbitraj Məhkəməsi qərarını açıqladı
UEFA Nizam İntizam Komitəsinin verdiyi cəzalardan sonra Beynəlxalq İdman UEFA Arbitraj Məhkəməsinə müraciət edən "Fənərbaxça" və "Beşiktaş"ın cəhdləri fayda verməyib. Sportal.az xəbər verir ki, Arbitraj Məhkəməsi "Beşiktaş"a verilən 1 illik cəzanı olduğu kimi təsdiqləyib və "Fənərbaxça"nın 2+1illik cəzasını isə, 2 illik edib.
Bununla da hər iki türk klubunun cəzaları endirmək cəhdləri boşa çıxıb. Beləliklə "qara qartallar" 1 il, "sarı bülbüllər" isə 2 il avrokuboklarda iştirak edə bilməyəcəklər.