"Cim-Bom" nəhayət ki, "Yuventus"la anlaşdı
"Qalatasaray" klubu Felipe Melo transferini rəsmən bitirib.
Sportal.az xəbər verir ki, iki mövsüm İstanbul klubunda icarə əsasında oynayan Melonun müqaviləsini "Yuventus"dan alıb. "Sarı-qırmızılar" braziliyalı yarımmüdafiəçi üçün italiyan klubuna 3 milyon 750 min avro ödəyəcək.
Türkiyə mətbuatının yazdığına görə, 30 yaşlı oyunçu daha 3 il "Qalatasaray"ın şərəfini qoruyacaq.
saytlarin hazirlanmasi