Son məlumatlara görə artıq oyuna 7500 bilet satılıb
“Xəzər Lənkəran” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı İsrail “Maccabi”si (Hayfa) ilə səfər oyununa hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komandamız bu gün İsraildə növbəti məşqinə çıxıb.
Hazırlıq prosesi mətbuat üçün qapalı keçirilib. Jurnalistlərin yalnız sabah axşam “Kiryat Eliezer” stadionunda keçiriləcək oyun öncəsi son məşqə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, Hayfada “Xəzər Lənkəran”la oyuna böyük maraq var. Son məlumatlara görə artıq oyuna 7500 bilet satılıb. Oyunun keçiriləcəyi arena isə 14 min azarkeş tutumuna malikdi.
saytlarin hazirlanmasi