"Cim-Bom" yoxlama oyununda qalib gəldi

 

Növbəti mövsümə hazırlıq üçün İngiltərədə təlim-məşq toplanışında olan "Qalatasaray" burada ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ingilis klubu "Notts Counti"ni 2:1 hesabı ilə məğlub edib.