Maluda bundan sonra Türkiyə Superliqasında çıxış edəcək
Türkiyənin “Trabzonspor” klubu "Çelsi"dən transfer etdiyi Floran Maludanı Türkiyəyə gətirib.
Sportal.az xəbər verir ki, ingilis klubu ilə müqaviləsi başa çatan təcrübəli yarımmüdafiəçi şəxsi təyyarə ilə Trabzon şəhərinə gətirilib. 400-ə yaxın azarkeş qrupu tərəfindən qarşılanan fransalı futbolçu klubun bazasına gəlib və orada klub prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşüb.
Bu gün tibbi müayinədən keçeəcək 33 yaşlı oyuçu “Trabzonspor”la müqavilə imzalayacaq.
saytlarin hazirlanmasi