Volkan, Əmrə, Küyt qərardan narazıdırlar
Fənərbxaça” klubunun futbolçularıi Əmrə Bələzoğlu, Volkan Dəmirəl və Dirk Küyt komandalarının avro kubok yarışlarından 2 il müddətinə kənarda qalması ilə bağlı verilən qərara etiraz ediblər.
Sportal.az xəbər verir ki, adı çəkilən futbolçular mətbuat konfransı təşkil edərək bu qərara etiraz əlaməti kimi UEFA-ya məktub yazacaqlarını bildiriblər. Klubun hollandiyalı ulduz futbolçusu Dirk Küyt UEFA-nın “Fənərbaxça”ya belə bir cəza verməsini başa düşmədiyini deyib:
“Biz keçən il Avro Liqada yarımfınal oynamış komandayıq. Çempionatda da ancaq öz gücümüzlə mübarizə aparmışıq”
Təcrübəli qapçı Volkan Dəmirəl də verilən cəzaya narazıçılığını bildirib:
“Əgər doğurdan da, biz oyun alıb, oyun satmışıqsa, onda qoy bizimlə iş biriliyində olan qarşı tərəf durub desin ki, bəli, biz “Fənər”dən pul alıb onlara qəsdən uduzmuşuq. Bunlar hamısı yalandır, belə şey olmayıb”
“Fənər”in aparıcı simalrından olan Əmrə Bələozoğlu cəzayla bağlı UEFA-ya məktub yazacaqlarını və günahsız olduqlarını isbat etməyə çalışacaqlarını vurğulayıb:
“Biz günahsızıq, buna görə də öz etirazımızı UEFA-ya məktub yazmaqla bildirəcəyik. Məktub yazmaq təklifi Küytdan gəlib. Biz də bunun uyğun variant olduğunu qərarlaşdırmışıq”
saytlarin hazirlanmasi