"Xəzər Lənkəran" vətənə qayıtdı, "Fənərbaxça" bu gün gəlir

04:41 - 20 İyul 2013

"Ağ-yaçıllar" İstanbul klubuna qarşı

 

Avroliqanın II tərhəsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyunda İsrailin “Makkabi” (Hayfa) klubuna səfərdə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” artıq vətənə dönüb.  
 
Sportal.az xəbər verir ki, dünən, iylun 19-da axşam saatlarında bir başa Lənkəran aeroportunda enən təyyarə ilə doğma şəhərə gələn komandamız özünün baza otelində istirahətə çəkilib.
 
Bu gün axşam saatlarında çarter reysi ilə Lənkəran aeroportunda enəcək təyyarə iləsə Türkiyyənin “Fənərbaxça” klubu Lənkərana gələcək. Qeyd edək ki, “Fənərbaxça” klubunun idarə heyəti “Palmalife” istirahət mərkəzindəki kateclərdə, komanda üzvləri isə “Qala” otelində məskunlaşacaqlar.
Xatırladaq ki, sabah iyulun 21-də “Fırtınalar meydanı”nda “Xəzər Lənkəran” və “Fənərbaxça” klubları arasında yoldaşlıq oyunu keçiriləcək. (12cioyuncu.info)

Xəbər xətti