"Fənərbaxça" bu gün 70 nəfərlik heyətlə Lənkərana gəlir

14:43 - 20 İyul 2013

Mübariz Mənsimov da Lənkərana gəlir

 

Bu gün Türkiyənin ÇL-dakı təmsilçisi “Fənərbaxça” klubu Azərbaycana gələcək.

 

Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirməyə gələn Türkiyə kubokunun sahibini  gətirən şəxsi təyyarə birbaşa saat 20:45-də Lənkəran hava limanına enəcək. “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım başda olmaqla 70-ə yaxın nümayəndə heyəti ilə gələcək. Komanda əsas futbolçularını, Türkiyədən media mənsublarını gətirəcək.

 

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da oyunu izləmək üçün İstanbuldan birbaşa Lənkərana gələcək. Onunla bərabər bir sıra türkiyəli qonaqların gəlməyi gözlənilir. “Fənər” Lənkərana gecə saatlarında çatdığı üçün, şəhər mərkəzi stadionunda bu gün yox, sabah səhər yüngül məşq edəcək. Saat 20:00-da isə böyük oyun  başlayacaq.  

Xəbər xətti