"Fənərbaxça" Lənkəran stadionunda

14:52 - 21 İyul 2013

Ərsun Yanal Con Toşakı ziyarət etdi
 
"Xəzər Lənkəran” ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn Türkiyənin “Fənərbaxça” klubu dünən axşamdan artıq Lənkərandadırlar.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına endi və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollanıb.
 
Bu gün isə “Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.
 
“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini etdi və idarə heyəti ilə birgə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakı iş otağında ziyarət etdilər. Buradan isə qonaqlar “Palsüd” zavoduna gedərək zavodun iş şəraiti ilə tanış oldular.

Xəbər xətti