Con Toşak: "Səviyyə fərqi sözünü dedi"

00:11 - 22 İyul 2013

"Bu oyun "Maccabi” ilə matça yaxşı hazırlaşmağımıza kömək edəcək"

 

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Lənkəranda Türkiyənin “Fənərbaxça” klubuna qarşı keçirilmiş yoldaşlıq matçından sonra fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
 
“Səviyyə fərqi sözünü dedi. Lakin hesab oyuna görə olmadı. İstənilən halda fikrimcə, belə oyunlar komandama təcrübə qazanmaq üçün lazımdı. Bu oyun “Xəzər Lənkəran”ın “Maccabi” (Hayfa, İsrail) ilə matça yaxşı hazırlaşmasına kömək edəcək”.

Xəbər xətti