Ərsun Yanal: "Hesab bizim üçün çox vacib idi"

00:21 - 22 İyul 2013

"Lənkəranda məni hər şey qane etdi"

 

“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal Lənkəranda “Xəzər Lənkəran”a qarşı keçirdikləri yoldaşlıq matçından sonra fikirlərini açıqlayıb.

 
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bu sözləri deyib:
 
“Biz yeni mövsümə hazırlaşırıq. Fikrimcə, pis oynamadıq. Hesab da bizim üçün çox vacib idi. Lənkəranda məni hər şey qane etdi. Gözəl stadion, çoxlu azarkeş... Hər şey çox münbit idi”.

Xəbər xətti