Mixal Kadleç: "İlk qolumu "Xəzər Lənkəran"a vurdum..."

03:27 - 22 İyul 2013

Çexiyalı futbolçu 4 qollu darmadağından danışdı

 

“Xəzər Lənkəran”la oyun gözəl alındı. İlk qolumu “Xəzər Lənkəran”a vurdum, çox xoşbəxtəm”.

 
Sportal.az xəbər verir ki, bu sözləri“Fənərbaxça”nın yeni transferi Mixal Kadleç deyib. "Xəzər Lənkəran" qarşısındakı 4:0 hesablı qələbəni şərh edən çexiyalı futbolçu bu sözləri deyib:
 
"Klubumun uğuru üçün çalışıram. Əsas odur ki, komandamın qələbə qazansın. Oynadığımız son 2 matçda qalib gəldik. Buna çox sevinirik. Hazırda yeni mövsümün hazırlıqları davam edir. İndiyə qədər heç bir futbolçu 100 faiz hazır deyil. Hamımız əlimizdən gələni edib, çalışırıq. Qarşıda “Zalsburq”la oyunumuz var. Hazırlığımıza dava edəcəyik”. 

Xəbər xətti