"Zədəm "Makkabi" ilə oyuna qədər tam sağalacaq"

12:18 - 22 İyul 2013

Rasim Ramaldanov dünən meydanda olmamağına aydınlıq gətirdi
 
Dünən "Xəzər Lənkəran" doğma meydanında qardaş ölkənin "Fənərbaxça" klubu ilə dostluq matçı keçirib.
 
Sportal.az xəbər verir ki, komandaya yeni qoşulmasına baxmayaraq, əsas heyətdə yerini bərkidən Rasim Ramaldanov dünən meydanda yox idi. Bunun səbəbini isə futbolçunun belə bildirib:
 
"Dünən oynamalıı idim. Amma isinmə hərəkətlərini edəndə, gördüm ki, ayaq əzələmdə ağrılar var. Ayaq əzələmdə dartınma olub. Qarşıda bizi "Makkabi" ilə çətin oyun gözləyir, ona görə,  baş məşqçi riskə getmədi. Zədəm "Makkabi" ilə oyuna qədər tam sağalacaq".

Xəbər xətti