Kriştianu Ronaldo gənc azarkeşin qolunu qırdı VİDEO+FOTOLAR

15:57 - 24 İyul 2013

"Dünyanın ən bahalı futbolçusu qolumu qırdı"
 
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo yoldaşlıq oyununda gənc bir azarkeşin qolunu qırıb.
 
Sportal.az xəbər verir ki, yeni mövsümə hazırlaşan “Real” “Bornmut”la hazırlıq oyununda qüvvəsini sınayıb və 6:0 hesabı ilə qalib gəlib. Matçda cərimə zərbəsi yerinə yetirən Ronaldonun vurduğu top rəqib azarkeşin qoluna dəyib. Zərbə o qədər güclü olub ki, 11 yaşlı Çarli Silvervudun qolu sınıb. 
 
Zərərçəkən azarkeşə “Real” futbolçularının imzaladığı forma və top hədiyə olunub. Az yaşlı uşaq o anda yaşadıqlarını belə dilə gətirib:
 
“Bunu dostlarıma danışdım, inanmadılar. Dünyanın ən bahalı futbolçusu qolumu qırdı. Topun mənə tərəf gəldiyini gördüm. Top üzümə dəyəcəkdi, amma qolumla əngəlləmək istədim. Atam da yanımda oturmuşdu”. 
 
Qeyd edək ki, gənc azarkeş oyunu sona qədər izləyib, sonra xəstəxanaya aparılıb. 
 
 
 

Xəbər xətti