Abidal getdi, nömrəsi ona qaldı

14:51 - 25 İyul 2013

Braziliyalı futbolçunun yeni nömrəsi
 
“Barselona”nın müdafiəçisi Dani Alveş komandasında yeni nömrə ilə çıxış edəcək.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu növbəti mövsümdən 22 nömrəli futbolka ilə meydana çıxacaq. Bu nömrə “Barselona”dan “Monako”ya keçən Erik Abidala məxsus olub. Onun gedişindən sonra isə 22 nömrəli formaya Dani Alveş sahib çıxıb.
 
Qeyd edək ki, Alveş indiyə qədər "Barselona"da 2 nömrəli forma ilə meydana çıxıb.

Xəbər xətti