Con Toşak: "Ola bilsin bəzi futbolçular istefama sevinsin"

23:51 - 25 İyul 2013

"Əlimi göyə qaldırıram, bütün günah məndədi"

 

“Söz tapa, fikirlərimi izah edə bilmirəm. Öncə hesaba görə nəticəyə görə komanda azarkeşlərindən üzr istəyirəm. 45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”.

 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Makkabi”yə (0:8) məğlubiyyətdən sonra deyib. oyun barədə nəsə deməkdə çətinlik çəkən uelsli mütəxəssis sözlərinə belə davam edib:
 
 
“Məsuliyyəti öz üzərimə götürürəm. Mən də nəticənin belə olmasını istəməzdim. Çox-çox üzr istəyirəm. İstefaya gəlincə, indi pis vəziyyətdəyəm. Ola bilsin bəzi futbolçular istefama sevinsin. Ola bilsin, baş məşqçi qaldı, həmin futbolçular getsin. 1 nəfəri göndərmək bütün komandanı göndərməkdən daha asandır. Onlardan bəziləri əvvəldən göndərilməli idi”.
 
Sual: "Bu Azərbaycan klubları avrokuboklarda indiyədək öz meydanında ən ağır məğlubiyyətdi və o da Toşakın vaxtına təsadüf etdi. Bu barədə nə deyə bilərsiz?"
 
 “Onlar Maltada, İsraildə beş ulduzlu otellərdə qaldılar, hər cür şərait yaratdılar. Avtobusda azacıq isti olan kimi şikayət edirdilər. Bütün hallarda, məni tənqid eləmək daha məqsədəuyğundur. Çünki onları komandada mən saxlamışam. Əlimi göyə qaldırıram, bütün günah məndədi”. 
 
Sual: "Azarkeşlərin istefa şüarı barədə nə deyə bilərsiz?"
 
“Bəli, məni əvvəllər də istefaya səsləyiblər”.

Xəbər xətti