Hüseyn Cəbrayıloğlu: "Demək ki, kimlərsə 2 il əvvəl Mirka Rednikin başına gətirdikləri hadisəni təkrarlamaq istəyirlər"
“Xəzər Lənkəran” İsrailin “Makkabi” klubuna Lənkəran şəhərində 0:8 hesablı məğlubiyyətindən sonra klubun baş məşqçisi Con Toşakın ölkəni tərk edrtək getməsi ilə bağlı xəbərlər yayılmışdı.
Sportal.az anspress.com-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu verdiyi açıqlamada bu barədə yayılan xəbərləri təkzib edib:
“Con Toşakın ölkədən qaçması xəbəri yalandır. Hazırda səhər məşqinə komandanı Toşak çıxarıb və məşq davam edir. Nəticəyə görə axşam saat 3-ə qədər klub daxilində müzakirələr gedib. Ola bilməz ki, bir komanda bir həftə öndə rəqib meydanında 0-2 hesabıyla məğlub olur, 4 real qol vəziyyəti yaradir, amma bir həftə sonra evində, azarkeşləri önündə 0-8 hesabıyla məğlub olur.
Demək ki, kimlərsə 2 il əvvəl Mirka Rednikin başına gətirdikləri hadisəni təkrarlamaq istəyirlər. Amma bu dəfə komandanın baş məşqçisi yox, həmin futbolçular gedəcək.”
Konkret hansı addımların atılacağına gəlincə H.Cəbrayıloğlu bildirdi ki, müəyyən futbolçular var ki, bunlar komandadan göndəriləcək.”
saytlarin hazirlanmasi