Fanatlar sonda "partladı"
"Makkabi" rüsvayçılığına təhammül gətirməyənn "Xəzər Lənkəran" fanatları sosial şəbəkələrdə rəhbərliyi istefaya səsləyirlər.
Sportal.az xəbər verir ki, artıq fanatlar bu gün Lənkəranda toplaşaraq rəhbərliyi istefaya səsləyəcəkləri haqda məlumat yayıblar.
Həmin elanı diqqətinizə çatdırırıq.
DİQQƏT!
XƏZƏRLİSƏN? RƏHBƏRLİYİN QEYRİ PEŞƏKARLIĞINA QARŞISAN? ONDA DURMA SƏNDƏ QOŞUL BİZƏ!!
Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan amma Lənkəranı biyabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bugün axşam saat 8'də hərkəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nədə mühafizədən! Bugün etməsək nəvaxt edəcəyik?! Komandamız batır! Hərkəs gəlsin!! Axşam saat 8-də Fırtınalar Meydanının önündə olun! Biz bunu bacaracayıq İnşAllah!!!
saytlarin hazirlanmasi