Lənkəranda klub rəhbərliyinə qarşı etiraz aksiyası

21:59 - 26 İyul 2013

"Xəzər Lənkəran"lı azarkeşlər rəhbərliyi istefaya səslədilər

 

"Makkabi" ilə oyunda 8:0 hesablı biabırçı məğlubiyyətlə barışmayan “Xəzər Lənkəran” azarkeşləri bu gün saat 20:00-da Lənkəran Şəhər Mərkəzi Stadionunda rəhbərliyi istefaya çağırmağı planlaşdırırdılar. 
 
 
Sportal.az xəbər verir ki, azarkeşlər stadionun yaxınlığındakı Sütəmurdov körpüsündə polis zorakılığına məruz qalıblar. Lənkəranlı fanatların bəzilərinin saxlanıldığı deyilir. Onların arasında futbolpress saytının əməkdaşı Elvin Cəbiyev də var.
 
Azarkeşlərə qarşı törədilən zorakılığın "Xəzər Lənkəran"la bağlı olmadığını bildirən klub rəsmiləri bu sözləri deyiblər: bildiriblər: "Kimlərsə azarkeşləri kənardan kluba qarşı qaldırır və "Xəzər Lənkəranı" dağıtmaq istəyirlər. İndi də belə xəbər yayılıb ki, guya  polisləri oraya klub göndərib".
 
Əldə etdiyimiz məlumata görə, saxlanılanlar artıq sərbəst buraxılıb.
 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə bəyanat yayan "Xəzər Lənkəran" azarkeşləri bu sözləri yazıblar:
 
“Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan, amma Lənkəranı biabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bu gün axşam saat 8-də hər kəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nə də mühafizədən! Bu gün etməsək nə vaxt edəcəyik?! Komandamız batır! Hər kəs gəlsin!! Axşam saat 8-də Fırtınalar Meydanının önündə olun! Biz bunu bacaracayıq İnşAllah!!!”

Xəbər xətti