Ərdoğan UEFA-nın qərarlarına etiraz etdi

02:48 - 27 İyul 2013

"Klubları deyil, şəxsləri cəzalandırın"

 

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan UEFA-nın "Fənərbaxça" və "Beşiktaş"a averdiyi cəzaya və qərarın Beynəlxalq Arbitraj məhkəməsi tərəfindən dondurulmasına münsibət bildirib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir cəzaların klublara deyil, şəxslərə verilməli olduğunu deyərək fikrini belə izah edib:
 
"Baş nazir olduğum üçün bütün klublara eyni gözlə baxıram. Ancaq uşaqlığımda "Fənərbaxça" azarkeşi olmuşam. UEFA-nın Türkiyədəki konfransında hüquqi şəxslər yerinə fərdlərin cəzalandırlımasını müdafiə etmişdim. Amma UEFA bu qərarlarıı ilə milyonarla insanı cəzalandırır. Bu qaydalar illərdir ki, UEFA-da keçərlidir. Gəlin, bu səhvi düzəldək. İllərdir davam edən bu səhv klublara zərər verməsim. Bu məsələni qaldırmaq lazımdır".
 
Qeyd edək ki, Son olaraq UEFA Arbitraj məşkəməsi "Fənərbaxça"nın 2, "Beşiktaş"ın 1 illik avrokuboklardan kənarlaşdırmışdı. Lakin hər iki klub Beynəlxalq İdman Arbitraj məhkəməsinə (CAS) müraciət etdiyi üçün CAS UEFA-nın qərarlarını müvəqqəti olaraq dondurub. Bu məsələ ilə bağlı CAS məhkəməsi 21-23 avqustda keçiriləcək və yekun qərar 28 avqustda veriləcək. Əgər klubların cəzaları burada da təsdiqlənərsə, cəzalar növbəti mövsümdən tətbiq olunacaq.  

Xəbər xətti