Sabiq "Çelsi"li türk klubunda
“Trabzonspor” Floran Maludanın keçidindən sonra daha bir transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, komandanın KPR-dən yeni transferi Joze Bosinqva Trabzon şəhərinə gəlib. Portuqaliyalı futbolçu hava limanında klub azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılaşıb.
Qeyd edək ki, sabiq "Çelsi"li futbolçuların - həm Maluda, həm də Bosinqvanın klubla bu gün müqavilə imzalaması gözlənilir.
saytlarin hazirlanmasi