Gənc mütəxəssis Madridə gəldi
“İnter”in sabiq baş məşqçisi Andrea Stramaççoni boş vaxtlarını təcrübə yığmaqla doldurur.
Sportal.az xəbər verir ki, 37 yaşlı çalışdırıcı “Real”ın düşərgəsinə gəlib və baş məşqçi Karlo Ancelotti ilə görüşüb. Bu yaxınlarda onun “Mançester Siti”nin də məşqini ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, Stramaççoninin rəhbərliyi altında “İnter” İtaliya A Seriyasında 9-cu yeri tutub. Bir ara onun “Cenoa”nı çalışdıracağı ilə bağlı xəbərlər yayılmışdı.
saytlarin hazirlanmasi