"Xəzər Lənkəran"ın futbolçlarını aparmadılar

15:52 - 28 İyul 2013

Tərlan Qasımzadə və Kamran Abdullzadə hərbiyə oktyabr ayında gedəcək
 
"Xəzər Lənkəran"ın iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadə iyul ayında hərbi xidmətə getməli idilər. Lakin hər iki futbolçu hərbi xidmətə oktyabr ayında yolanacaq.
 
Bu barədə Sportal.az-a futbolçular özləri məlumat veriblər. Qasımzadə milli komandaya da gedə bilməyəciyini açıqladı:
 
 
"Sənədlərimdə problemlər yarandı. Milli komandaya da gedə bilmirəm. Hələ gözləyirəm. Düşünürəm ki, sənədlərim qaydasına düşər. İnşallah, hərbiyə oktyabr ayında yollanacaq. ".
 
Kamran Abdullazadə isə çempionatda yenidən oynaya biləcəyini açıqladı: "Çempionatda oynaya biləcəm. Artıq əsas komanda ilə məşqlərə qatılacam. Oktyabrda isə hərbi xidmətə yolanacam".

Xəbər xətti