Hakimlərin sayı artdı
Türkiyə Superliqasında bu mövsüm bir ilk yaşanacaq.
Sportal.az xəbər verir ki, bu ildən etibarən qardaş ölkə çempionatında yan xətt hakimi tətbiqi həyata keçiriləcək. Belə ki, daha əvvəl UEFA tərəfindən tətbiq edilən yan xətt hakimi sistemi Türkiyə çempionatında da mövcud olacaq. Burada oyunu idarə edən hakimlərin sayı 4-dən 6-ya çıxarılacaq. Matç ərzində iki hakim yan xəttlərini nəzarət edib, topun xətti keçib-keçmədiyi ilə bağlı baş hakimi xəbərdar edəcək.
saytlarin hazirlanmasi