"Xəzər Lənkəran" "Sumqayıt"la oyunun hazırlığına başladı

12:05 - 30 İyul 2013

Komandanın sıralarında zədəli futbolçu yoxdur 

 

Dünəndən məşqlərini Lənkərandakı bazasında davam etdirən “Xəzər Lənkəran” bu gün səhər saatlarında daha bir məşqə çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, saat yarım davam edən hazırlığa köməkçi-məşqçi Emin Quliyev rəhbərlik edib. Futbolçular bu müddətdə taktiki çalışmaları yerinə yetiriblər. Komandanın sıralarında zədəli futbolçu yoxdur və bu gün axşam saatlarında baş məşqçi Con Toşak vətənindən döndükdən sonra növbəti günün hazırlığı təcrübəli çalışdırıcının nəzarətində keçiriləcək. 

Xəbər xətti