Toşak məşq keçdi, Mənsimov izlədi FOTOREPORTAJ

22:21 - 30 İyul 2013

"Xəzər Lənkəran" "Sumqayıt"la oyuna hazırlaşır

 

Lənkərandakı bazasında “Sumqayıt”la görüşə hazırlaşan “Xəzər Lənkəran” bu gun saat 18:00-da günün ikinci məşqinə çıxıb.

 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, vətənindən geri dönən çalışdırıcı Con Toşak hazırlığa özü nəzarət edib və məşqin başlanğıcında ənənəvi toplantı zamanı komandanın futbolçuları baş məşçqiyə başsağlığı veriblər. Yağmurlu hava şəraitində keçən məşqi klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da kənardan izləyib.
 
Komandanın məşqindən sonra isə klub rəhbərliyi baş məşqçi Con Toşakla görüşərək qarşıda həlli vacib olan problemləri birgə müzakirə edəcəklər.
 

Xəbər xətti